Top.Mail.Ru

CƏMİYYƏT

“Azərbaycanlılara qarşı ayrı-seçkilik olmalıdır” – Qarabağ separatçısı Metakse Akopyan sərsəmlədi | Kaim

“Qarabağda azərbaycanlılara qarşı ayrı-seçkilik olmalıdır”.
Kaim.az xəbər verir ki, bunu bu gün Qarabağ separatçılarının nümayəndəsi Metakse Akopyan öz Fasebook səhifəsində yazıb.

O, irqçi bəyanatla çıxış edərək azərbaycanlılara qarşı ayrı-seçkiliyin olması lazım olduğunu bildirib.
Akopyan ikona şəkli ilə sərsəm paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
“Bu ikona 8 oktyabr 2020 -ci ildə azərbaycanlı köçərilərin məbədi bombalaması nəticəsində zədələnmiş Şuşi Kazançetsots kilsəsinin simvoludur. Qoruya bildiyimiz yeganə əşyadır.
Biz ağlamamalı və alçalmamalıyıq, düşmənlə bir yerdə yaşamağa və “bir dam altında dinc bir həyata” heç vaxt icazə verməməliyik. Türklər və azərbaycanlılar bizim qəti düşmənlərimizdir və biz hər zaman müqavimət göstərməyə hazır olmalıyıq.
Dünənki mövqeyimizə düşmən hücumu Türkiyənin bizə olan nifrətinin nə qədər güclü olduğunu sübut edir. Heç bir razılaşma onu dayandıra bilməz.
Əsrlərlə dağılmadıq, çünki ən çətin anlarda, qabiliyyətsiz və itirilmiş bir gücə sahib olduğumuz vaxtlarda milli səviyyədə birləşdik və hərəkət etdik.
Biz, Ermənistan, Artsax, diaspor  beynəlxalq strukturlarda eşidilmək üçün bir istiqamətdə hərəkət etməli, yəni ermənilərin yeganə Vətənini xilas etmək üçün birləşməliyik. Dünyanın bütün erməniləri Vətənimizə görə bizim nəslimizə borcludurlar”.
Qeyd edək ki, bunu separatçıların sözçüsü Metakse Akopyan Facebook səhifəsində yazıb.
Xuraman Etibarlı
Kaim.az

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button