Top.Mail.Ru

CƏMİYYƏT

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Baku Karting Əyləncə Mərkəzi BƏRPA OLUNDU

Pandemiya ilə əlaqədar olaraq fəaliyyəti dayandırılan Baku Karting Əyləncə Mərkəzi uzun sürən fasilədən sonra yenidən vətəndaşların ixtiyarına verilib.

Bu barədə KAİM.aza açıqlamasında mərkəzin əməkdaşı, kartinq sahəsi üzrə mütəxəssis Yalçın Fərzəliyev fikirlərini bölüşərkən dünyada və ölkədə idmana, xüsusən də kartinqə olan marağın mövcudluğundan, formola 1 yarışlarından və çalışdığı Mərkəzin ümumi fəaliyyətindən söz açmışdır:

Loading...
Yazının davamı reklamdan sonra

“Bu gün istər dünyada istərsə də ölkəmizdə idmana olan vətəndaş diqqəti, təlabatı danılmazdır. Kartinqə gəldikdə isə bu sahə ölkəmizdə son illər sürətli şəkildə inkişaf etməkdədir. Formola 1 yarışlarına ev sahibliyi etməyimiz də bu inkişafın bir mərhələsidir, bu inkişafa bir təkandır desəm, yanılmaram.

Mərkəzimiz artıq illərdir ki, operativ, peşəkar və dinamik bir heyətlə fəaliyyət göstərir. Bu fəaliyyət yalnız öz vətəndaşlarımız qarşısında yox, təbii ki, həm də ölkəmizə səfər edən turistlərin, əcnəbi qonaqlarımızın qarşısındadır.

Ümumən məqsədimiz tək vətəndaşlarımızın həyat tərzindəki istirahəti, sağlamlığı təmin etmək yox, eyni zamanda bu sahə üzrə pəşəkar, potensiallı və ölkəmizi dünyada təmsil edəcək kadrlar yetişdirməkdir. Fəaliyyətimizə görə bu istiqamətdə uğurlarımız da az deyil.Kifayət qədər də ictimaiyyətin maraq dairəsinə çevrilə bilmişik.”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button