Top.Mail.Ru

CƏMİYYƏT

Hərbçi dostları şəhid Xudayarı öz oxuduğu mahnı ilə yad etdi-VİDEO

İfası ilə hər kəsi kövrəldən şəhid Xudayar Yusifzadənin hərbçi yoldaşları onun xatirəsinə mahnı oxuyublar. Belə ki, şəhidin ifa etdiyi “Vətən yaxşıdır” mahnısını digər əsgər ifa edib, yoldaşları isə onu videoya çəkiblər.
Həmin görüntülər sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, 22 yaşlı gizirimiz Xudayar Yusifzadənin həmin ifası sosial şəbəkələrdə ən çox paylaşılanlardan idi. Vətən müharibəsinin iştirakçısı olan Yusifzadə Bərdənin Qazıqurdalı kəndində anadan olub. O, anadan olandan 24 gün sonra atasını itirmiş, nənəsinin himayəsində böyümüşdü.

Xudayar Yusifzadə Bərdə 1 saylı uşaq-musiqi məktəbinin xanəndəlik ixtisasını bitirsə də, hərbçi olmağa qərar vermişdi. Qəhrəmanımız oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

 

virt
virtualaz.org

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button