Top.Mail.Ru

CƏMİYYƏT

270 nəfər toya BURAXILMADI | Kaim

Oktyabrın 15-də Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 83 toy şənliyinin monitorinqini keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Kaim.az-a verilən xəbərə görə, monitorinq 71 şadlıq sarayı və 12 həyətyanı sahədə keçirilən toy məclislərində baş tutub.

Nəticədə toy şənliklərində karantin rejimi qaydalarını pozduqları üçün 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunub.
270 nəfər COVID-19 pasportu olmadığı üçün toy şənliklərinə buraxılmayıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button