Top.Mail.Ru

CƏMİYYƏT

Türkiyə səfiri: “Diplomatik korpusun təmsilçiləri ilə birlikdə azad Qarabağdayıq” | Kaim

“Azərbaycandakı diplomatik korpusun təmsilçiləri ilə birlikdə azad Qarabağdayıq”.
Kaim.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tvitterdə yazıb.

Diplomat Tərtər rayonunun işğaldan azad olunan Talış kəndindən fotolar paylaşıb.
Qeyd edək ki, xarici ölkələrin Azərbaycandakı diplomatik korpus təmsilçiləri və yerli media nümayəndələrinin işğaldan azad edilən ərazilərə növbəti səfəri başlayıb.
Diplomatları və media təmsilçilərini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edir.
Səfər iştirakçıları Talışdan sonra Suqovuşan qəsəbəsinə gedəcəklər.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button