Top.Mail.Ru

CƏMİYYƏT

İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edildi | Kaim

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki iki milli park və iki qoruğun direktoru vəzifədən azad olunub.
Kaim.az xəbər verir ki, bunu “Trend”ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, 2 direktor son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: “Hazırda iki milli parkda və iki dövlət qoruğunda direktor vəzifəsi boşdur. Zaqatala və İlisu dövlət təbiət qoruqlarının direktorları son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb, Şahdağ Milli Parkının direktoru 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi təyin edilib, Qızılağac Milli Parkının direktoru isə öz ərizəsi ilə işdən ayrılıb. Onların vəzifələrini ya müavinləri, ya da müvəqqəti təyin olunan şəxslər icra edir”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button