Top.Mail.Ru

CƏMİYYƏT

AMEA 2 gün əvvəl yaranan şirkəti 40 minlik tenderin qalibi etdi – Şübhəli məqamlar… | Kaim

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Asrofizika Rəsədxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Morgan-Az2021” MMC (VÖEN- 1904850541) olub.
Kaim.az xəbər verir ki, “Morgan-Az2021” MMC AMEA-ya ümumi dəyəri 40 min manat olan maşın və avadanlıqlar satacaq.

Məlumat üçün bildirək ki, AMEA tender müsabiqəsini bu ilin sentyabr ayının 3-də elan edib.
Maraqlıdır ki, tenderin qalibi olan “Morgan-Az2021” MMC tender elanından cəmi 2 gün əvvəl – 31.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
“Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 2 gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 153, m. 40”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Mövlud Tərxan oğludur.
Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, iyul ayında “Morgan-Az2021” MMC-nin qeydiyyatda olduğu Yeni Günəşli qəsəbəsində bənzər adlar altında onlarla MMC dövlət qeydiyyatına alınıb.
Həmin MMC-lərin bəzilərini təqdim edirik:

/Yeniavaz.com

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button