Top.Mail.Ru

CƏMİYYƏT

ABŞ öldürdüyü əfqanların yaxınlarına təzminat ödəyəcək | Kaim

ABŞ Kabildə avqustda həyata keçirdiyi hava hücumu zamanı həlak olan 10 əfqanın yaxınlarına təzminat ödəyəcək.
Kaim.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi məlumat verib.

O bildirib ki, Pentaqon rəhbərinin müşaviri Kolin Kal və hücum zamanı həyatını itirən Zemari Əhmədinin çalışdığı “Nutrition and Education International” şirkətinin rəhbəri Stiven Kvon arasında baş tutan görüşdən sonra belə bir qərar qəbul edilib.
Qeyd edək ki, ABŞ-ın avqustun 29-da Kabil hava limanı yaxınlığında apardığı hava əməliyyatı zamanı 7-si azyaşlı olmaqla, 10 nəfər həyatını itirmişdi.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button