Top.Mail.Ru

CƏMİYYƏT

Rumıniya Avropa İttifaqından kömək istədi | Kaim

Rumıniya Səhiyyə Nazirliyi Avropa İttifaqından koronavirus pandemiyası ilə mübarizədə təcili yardım istəyib.
Kaim.az bildirir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Qeyd olunur ki, Rumıniya Səhiyyə Nazirliyi, fövqəladə vəziyyətlərdə üzv dövlətlərə yardım göstərən Avropa İttifaqı Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsinə təşəbbüs göstərib.

Səhiyyə Nazirliyi COVID-19 xəstəsi olan 40 min xəstənin müalicəsi üçün ehtiyac olan miqdarda dərman istəyib. Rumıniya koronavirusa qarşı peyvənd edilən insanların sayının ən az olduğu ikinci Avropa İttifaqı ölkəsidir.
Belə ki, ölkə sakinlərinin yalnız 33 faizi ən azı bir dəfə peyvənd olunub. Böhran Vəziyyətləri üzrə Avropa Komissarı Janez Lenarçiç, İttifaqın Rumıniyaya dəstək verəcəyini və çətin anlarda ona kömək edəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 1-də Rumıniyanın Konstansa şəhərində COVID-19 xəstələri üçün xəstəxananın reanimasiya şöbəsində böyük yanğın baş verib. Yanğının qurbanı 9 nəfər olub. Yanğının sürətlə yayıldığı üçün qurbanların bəziləri xəstəxananın pəncərələrindən tullanaraq xilas olunmaq istəyiblər.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button