Top.Mail.Ru

CƏMİYYƏT

Rüstəm Behrudi əməliyyat olunacaq | Kaim

Türk dünyasının tanınmış şairlərindən olan Rüstəm Behrudi oktyabrın 20-də əməliyyat olunacaq.
Kaim.az xəbər verir ki, bu barədə Modern.az-a şairin özü məlumat verib. 64 yaşlı Rüstəm Behrudi bildirib ki, cərrahiyyə əməliyyatı Türkiyədə baş tutacaq.

O, bu gün əməliyyat olunmaq üçün Ankaraya yola düşəcək. R. Behrudi əməliyyatı məşhur türk professorlarının aparacağını söyləyib.
Şairin sözlərinə görə, hazırda ağrıları olsa da, ümumilikdə özünü yaxşı hiss edir. O, tezliklə sağlamlığına qovuşub vətənə dönəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Rüstəm Behrudi bir neçə il öncə açıq ürək əməliyyatı keçirib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button