Top.Mail.Ru

CƏMİYYƏT

Kiyevdə Vətən müharibəsi ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin və Gənclər Fondunun dəstəyi, Ukrayna Azərbaycanlıları Radasının və Azərbaycan Tələbə və Məzunlar Platformasının birgə təşkilatçılığı ilə Kiyev şəhərində aksiya keçirilib.

Ukrayna paytaxtının “Azadlıq” meydanında baş tutan aksiya Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətləri, erməni vandalizmini və müharibədən sonra regionda yaranmış yeni siyasi reallığı bir daha dünya ictimaiyyətinə çatdırmaq məqsədilə gerçəkləşdirilib.

“Qarabağ Azərbaycandır!” şüarını, Azərbaycanın və Ukraynanın dövlət bayraqlarını nümayiş etdirən aksiya iştirakçıları müharibənin mülki insanlara, xüsusilə yeniyetmə və uşaqlara ağır təsirləri, erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə paytaxt sakinlərini məlumatlandırıblar. Vətən müharibəsi həqiqətlərini, işğal dövründə erməni qəsbkarlarının Azərbaycanın mədəni irsinə, təbiətinə və mülki əhalisinə qarşı törətdiyi cinayətləri əks etdirən bukletlər paytaxt sakinlərinə paylanılıb. Kiyev sakinləri ölkəmizi dəstəklədiklərini, Azərbaycan-Ukrayna dostluğuna sadiq olduqlarını bildiriblər.

Sonda aksiya iştirakçıları xalqımıza böyük Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna minnətdarlıq bildiriblər, şəhidlərimizi ehtiramla yad edib, qazilərimizə sağlıq arzulayıblar.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button