Top.Mail.Ru
CƏMİYYƏT

Suriyada yeni konstitusiyanın hazırlanması barədə RAZILIQ

Suriya Konstitusiya Komitəsində təmsil olunan hökumət və müxalifət nümayəndələri yeni konstitusiyanın hazırlanması prosesinə başlamaq barədə razılığa gəlib.

Kaim.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Qeir Pedersen məlumat verib.

Xüsusi nümayəndə bir həftə davam edəcək danışıqlardan əvvəl ilk dəfə tərəflərin konstitusiya islahatı hazırlamaq barədə razılaığa gəldiyini söyləyib.

Loading...

Suriya hökumət, müxalifət və vətəndaş cəmiyyətini təmsil edən 45 nümayəndədən ibarət olan komitə Birləşmiş Millətlər Təşkilatının nəzarət etdiyi seçkilərə aparan yeni əsas qanun hazırlamaq səlahiyyətinə malikdir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button