Top.Mail.Ru
CƏMİYYƏT

“Bu, mübahisəsiz bir faktdır, artıq Ermənistan adlı dövlətimiz yoxdur” – Partiyanın sədr müavini

“Bu, mübahisəsiz bir faktdır, artıq Ermənistan adlı dövlətimiz yoxdur”.

Kaim.az xəbər verir ki, bu fikirləri Respublika partiyasının sədr müavini Armen Aşotyan özünün Facebook səhifəsində yazıb.

“Ermənistan sadəcə bir əlifba sırası olan ritual detaldır, Argentina və Avstraliya arasında latın əlifbası ilə BMT-yə üzv olan ölkələrin siyahısında yer alan siyasi anlaşılmazlıqdır.

Loading...

Dövlətimizin olmaması təkcə kapitulyatorun (Paşinyanı nəzərdə tutur) günahı üzündən baş verməyib. Səbəbi daha dərindir. Dövlətlər millətlər tərəfindən yaradılır. Ermənistan Respublikası yoxdur, çünki erməni milləti də yoxdur.

Bu gün 29.000 kv. km-də yaşayan erməni əhalisi bioloji populyasiyadır. Populyasiyanın isə dövləti ola bilməz, ən yaxşı halda arealdır.

Başqa sözlə, ermənilər artıq siyasi varlıq deyil, etnoqrafik bir növdür. Belə templə getsə, tezliklə Qırmızı Kitabda yer alacaq. Bizdə dövləti yaradan insanlar sadəcə yoxa çıxıb”, deyə Aşotyan qeyd edib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button