Top.Mail.Ru

CƏMİYYƏT

Bəxtiyar Hacıyev saxlanılıb? – DİN-dən açıqlama | Kaim

İctimai fəal Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumat yayılıb. Onun Səbail RPİ-nin 9-cu Polis Bölməsində olduğu bildirilib.
Kaim.az xəbər verir ki, məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlama verib.

O, Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumatı təsdiqləyib:
“Onunla profilaktik söhbət aparıldıqdan sonra buraxılıb”.
Qeyd edək ki, B.Hacıyev sosial şəbəkə hesabında təkadamlıq aksiya keçirəcəyi ilə bağlı məlumat yaymışdı.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button