Top.Mail.Ru

CƏMİYYƏT

Bakıdan 5 erməni hərbçini aparan təyyarə İrəvanda eniş etdi – VİDEO -YENİLƏNİB | Kaim

Bakıdan içərisində İrəvana qaytarılan beş erməni hərbçi olan təyyarə Erebuni hava limanına enib.
Kaim.az xəbər verir ki, onları Rüstəm Muradov müşayiət edib.

Kadrlarda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin keçmiş və indiki komandiri – Rüstəm Muradov, Mixail Kosobokov, Gennadi Anaşkin, eləcə də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin görüntülənib.
Həmin videonu təqdim edirik.
***
19:09
“Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı qüvvələrin keçmiş komandanı hazırda 5 erməni diversantla birlikdə Bakıdan İrəvana uçur”.
Kaim.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
“Əldə etdiyimiz məlumata görə, Bakıdan İrəvana bir təyyarə havaya qalxdı. General Rüstəm Muradov Ermənistana əliboş getmir – təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçisini özü ilə aparır. Mənbəmiz xəbər verir ki, söhbət Azərbaycan ordusuna və əhalisinə qarşı ağır cinayətlərdə iştirak edən erməni əsgərlərindən gedir.  Həbs edildikdən təxminən bir il sonra azadlığa buraxılmaları, şübhəsiz ki, Bakının humanist jestidir”.
Qaytarılan əsirlərin adları:
Mels Ambardanyan
Rafik Manukyan
Zhora Vanoevich
Manukyan Hovsep
Soqomonyan Sedrak

https://konkret.az/cloud/uploads/2021/10/IMG_2444.mp4
Xuraman Etibarlı
Kaim.az

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button