Top.Mail.Ru
CƏMİYYƏT

Direktor müəllimlərdən PUL TƏLƏB EDİR – ŞİKAYƏT

Sumqayıt şəhər internat tipli gimnaziyanın direktor əvəzi Dilarə Şəfiyeva gimnaziyada təmir işləri aparmaq üçün müəllimlərdən pul tələb edib. Direktor gimnaziyaın divarlarının boyanması üçün müəllimlərdən bu həftə ərzində 20 manat pul gətirmələrini istəyib.

KAİM.az xəbər verir ki, bu barədə gimnaziyadan daxil olan şikayətdə bildirilib.

“Dilarə Səfiyevanın psixoloji vəziyyəti yerində deyil. Davranış və danışığını idarə edə bilmir. Müəllimlərin dərsləri diaqnostik qiymətləndirməyə əsasən topladıqları bala uyğun olaraq bölünməlidir. Direktor əvəzi isə bunu nəzərə almadan istədiyi formada dərsləri bölür. Bununla bağlı müəllimlər tərəfindən Təhsil Nazirliyinə də şikayət olunub. D.Səfiyeva direktor müavini işləmədən birbaşa direktor əvəzi keçirilib. Heç bir vəzifə səlahiyyətlərindən xəbəri yoxdur. Gimnaziyanı qanunlara uyğun şəkildə deyil, öz isədiyi şəkildə idarə edir. Müəllimləri direktor kimi təsdiqləndikdən sonra görəcəyi işlərlə bağlı hədələyir”.

Loading...

Təhsil Nazirliyindən verilən açıqlamada bildirilib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button