Top.Mail.Ru
CƏMİYYƏT

Biləsuvarda qapalı məkanlarda maska taxmayanlar CƏRİMƏLƏNDİ

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı koronavirusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə, o cümlədən ictimai nəqliyyatda bəzi vətəndaşların karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan KAİM.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib.

Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb. Bir daha diqqətə çatdırılıb ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Loading...

Şöbə əməkdaşları tərəfindən eyni zamanda rayon ərazisində təşkil olunan toy şəmlikləri zamanı karantin rejimi ilə bağlı qayda və tələblərin gözlənilməsi ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button