Top.Mail.Ru
CƏMİYYƏT

Nazir: “Canəli Əkbərovun Azərbaycan mədəniyyətindəki rolu DANILMAZDIR”

“Canəli Əkbərovun vəfatı Azərbaycan mədəniyyətinə ağır itkidir. Azərbaycan hökuməti adından xalqımıza və mədəniyyətimizə başsağlığı çatdırırıq”.

KAİM.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, mərhum Xalq artisti Canəli Əkbərov Azərbaycan mədəniyyətində böyük bir miras qoyub: “Canəli Əkbərovun Azərbaycan mədəniyyətindəki rolu danılmazdır. O, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş sənətkardır. Onun əməyi dövlət tərəfindən də qiymətləndirilib. O, Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında uzun illər fəaliyyət göstərib”.

Loading...

Qeyd edək ki, Xalq artisti oktyabrın 22-də 81 yaşında dünyasını dəyişib. O, bu gün II Fəxri xiyabanda dəfn olunub.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button