CƏMİYYƏT
TƏCİLİ! Manaf Ağayev TƏKZİB ETDİ: “Düşmənlərim sevinməsin, sağlamlığım yerindədir”

Məlumat üçün bildirək ki, saatlar əvvəl sosial şəbəkələrə istinadən “Tanınmış müğənni Manaf Ağayev koronavirusdan dünyasını dəyişib?” başlıqlı yazı KAİM.az-da işıq üzü görüb.
KAİM.az xəbər verir ki, dərc edilən xəbərlə bağlı Manaf Ağayev özü redaksiyamıza zəng edərək, sağlamığının yerində olduğunu, məlumatda yanlışlığın yer aldığını bildirib.
Bildiririk ki, Manaf Ağayevlə bağlı dərc edilən məlumat dolayısıyla hörmətli müğənniyə heç bir qərəzimiz olmayıb.Yayılan məlumatı xəbər olaraq dərc etmişik.
Əməkdaşımızın dəqiqləşdirə bilmədiyi məlumatın saytda yayıldığına görə redaktor heyəti ciddi şəkildə cəzalandırılıb. Yayılan yalan məlumatın yanlışlıqla saytda dərc edildiyi üçün Manaf Ağayevə və ailə üzvlərinə üzrxahlıq edirik.
KAİM.az
Gülay