Top.Mail.Ru

CƏMİYYƏT

Dərzi peşəsi üzrə hazırlıq kursunun 3-cü qrupunun TƏLİMLƏRİ BAŞLAYIB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzi və Bakı Tikiş Evinin birgə təşkilatçılığı ilə dərzi peşəsi üzrə hazırlıq kursunun 3-cü qrupunun təlimləri başlayıb. 12 nəfərin cəlb olunduğu kurs 2 ay davam edəcək.

Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar Bakı Tikiş Evində işlə təmin olunacaqlar.  Qeyd edək ki, bundan əvvəlki kursun məzunu olan 9 nəfər artıq işlə təmin olunaraq onlarla əmək müqaviləsi imzalanıb. 10 müdavimin cəlb olunduğu 2-ci qrup təlimləri isə hazırda davam edir.

Peşə hazırlığı kursuna qatılmaq istəyən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon sakini olan işsiz şəxslər Ərazi Məşğulluq Filiallarına və ya DOST Mərkəzlərinə müraciət edə bilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button