Top.Mail.Ru
CƏMİYYƏT

Mədəniyyət Komissiyasının iclası öz işini BAŞA VURUB

Azərbaycanın sədrliyi ilə UNESCO-nun Baş Konfransı çərçivəsində keçirilən Mədəniyyət Komissiyasının iclası öz işini başa vurub.
KAİM.az xəbər verir ki, UNESCO-nun Baş Konfransı çərçivəsində cari ilin 17-19 noyabr tarixində keçirilən Mədəniyyət Komissiyası öz işini yekunlaşdırıb. UNESCO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusda olan təşkilatların da iştirak etdiyi Komissiyanın iclası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadənin sədrliyi keçib.
İclas zamanı Yerusəlim ilə bağlı 40-cı Baş Konfransın 43 saylı qətnaməsi və işğal olunmuş ərəb ərazilərində təhsil və mədəniyyət müəssisələrinin vəziyyətinə dair 67 saylı qətnamənin icra vəziyyəti, UNESCO-nun 2022-2025-ci illər üçün Proqram və büdcə layihəsini, 2022-2029-cu illər üçün Öncə Afrika Əməliyyat strategiyası, mədəniyyətlə bağlı konvensiyaların icra vəziyyəti , Qanunsuz olaraq ölkədə çıxarılmış mədəni mülkiyyətin geri qaytarılması ilə bağlı hökumətlərarası komitənin 2020-2021-ci illərdə fəaliyyəti ilə bağlı hesabat, Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitənin fəaliyyət hesabatı, Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun 2020-2021-ci illər üzrə hesabatı, həmçinin Ümumdünya İrs Komitəsinin 2020-2021-ci illər üzrə hesabat, eləcə də UNESCO Konvensiyalarının müvafiq komitələrinin fəaliyyət presuderlarının harmonizasiyası ilə bağlı sənəd qəbul edilib. İclas zamanı debatlarda ümumlikdə 120-dən çox üzv ölkə və bir sıra müşahidəçi təşkilatlar bir sıra məsələlərlə bağlı çıxış etmiş və qərarların qəbul edilməsi prosesinə töhfələr vermişlər.
İclasın məhz Azərbaycanın sədrliyi ilə keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və çöxtərəfli əməkdaşlıq proseslərində fəal mövqeyinin göstəricisidir.
Səfər çərçivəsində Vasif Eyvazzadə Azərbaycan Respublikası Prezidentinin Bakı Prosesi təşəbbüsü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Mədəniyyət naminə Sülh Qlobal Kampaniyası ilə bağlı UNESCO rəsmiləri ilə görüşlər keçirmişdir. Görüşlərdə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq və mübadilələr, sülh və mədəniyyətin qarşılıqlı təbliği, irqçilik və ekstermizmə qarşı mübarizə sahələrində Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button