Top.Mail.Ru

CƏMİYYƏT

Pərviz Aslanov Ankarada keçirilən Fasial Plastik Cərrahi Dərnəyinin konfransında ÇIXIŞ EDİB – FOTO/VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində Fasial Plastik Cərrahi Dərnəyinin konfransı keçirilib.

KAİM.az xəbər verir ki, bu barədə azərbaycanlı tanınmış LOR cərrah Pərviz Aslanov öz Facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, konfrans çox məhsuldar keçib və ictimaiyyətə insan sağlamlığının qorunması və bərpası sahəsi üzrə geniş informasiya verilib. Toplantıda məruzə ilə çıxış edən Pərviz Aslanov təəssüratlarını sosial şəbəkədə bu sözlərlə ifadə edib:

Loading...
Yazının davamı reklamdan sonra

“Konfransda buruna xüsusən rinoplastikaya aid hər şey geniş və ətraflı müzakirə olundu. Məndə öz məruzəmdə rinoplastikada istifadə olunan piezo, tur motor həmçinin digər cihazlar və uzun illər ərzində topladığım təcrübələrlə bağlı geniş və ətraflı məlumat verdim.”

O, təhsilin istənilən situasiyada çox vacib və önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, 1981-ci ilin yazında Kəlbəcər rayonunda dünyaya göz açan Pərviz Aslanov 1998-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. Ali təhsilini başa vurduqdan sonra, Ə. Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında Otorinolarinqologiya üzrə internatura kursu keçmişdir. Mütəxəssisi olduğu sahə üzrə ilk təcrübəsinə Respublika Klinik Xəstəxanasında 7 il çalışaraq yiyələnmişdir. Azərbaycanın ən prestijli xətəxanalarında (LOR Hospitalda Direktor, Baş həkim, Baku City Hospitalda Baş həkimin müavini, Grand Hospitalda və Leyla Şxlinskaya Klinikasında həkim otorinolarinqoloq) çalışan Pərviz Aslanov dünyanın 40-dan çox ölkəsində keçirilən seminarlarda məruzəçi və ya iştirakçı qismində iştirak etmişdir. Elmi məqalələri isə beynəlxalq və yerli jurnallarda dərc olunmuşdur.

Hazırda, LOR cərrah, mütəxəssis Pərviz Aslanov Bakı Sağlamlıq Mərkəzində çalışır və uzun müddətdir ki, uğurlu əməliyyatlara imza atan həkim kimi tanınır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button