Top.Mail.Ru

CƏMİYYƏT

“Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib

Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib.

Müsabiqədə iştirak üçün 3 rayondan ümumilikdə 4 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində çəltikçilikdə yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer “Ayın fermeri” müsabiqəsinin qalibi elan edilib. Lənkəran rayonunda 10 ildir çəltikçiliklə məşğul olan Rüfət Əsgərov düzgün aqrotexniki qulluq nəticəsində çəltik sahəsindən orta hesabla 40 sentner məhsul əldə edib. Fermer Rüfət Əsgərov ümumilikdə 14 ha sahədən 56 ton məhsul toplayıb.

Loading...

Qeyd edək ki, “Ayın fermeri” müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button