Top.Mail.Ru

CƏMİYYƏT

“Alo Karyera” dəstək xidmətinə müraciət edən 83 nəfər işə qəbul prosesini uğurla keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün həyata keçirdiyi “Alo Karyera” dəstək xidmətinə müraciət edən 734 nəfərlə 1332 görüş təşkil olunub.

Təşkil olunan konsultasiyalar əsasən üç istiqaməti əhatə edib:

• karyera məqsədlərinin təyin olunması,
• iş axtarışı alətləri ilə tanışlıq,
• CV hazırlanması üçün dəstək göstərilməsi.

Loading...
Yazının davamı reklamdan sonra

Keçirilən görüşlərin nəticəsi olaraq müraciət edən şəxslərdən 83 nəfər işə qəbul prosesini uğurla keçib. Xidmətdən vətəndaşların razılıq göstəricisi isə 98,3% olub.

Müraciət edənlər arasında bakalavrlar, magistrlar, tam orta təhsilli şəxslər və doktorantlar üstünlük təşkil edib.

Qeyd edək ki, “Alo Karyera” dəstək xidmətinin məqsədi işsiz və işaxtaran şəxslərə operativ şəkildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsidir. Xidmətdən yararlanmaq üçün vətəndaşlar
https://www.dma.gov.az/layiheler/alo-karyera linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır, görüş üçün vaxt təyin edilir və onlayn formada dəstək göstərilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button