Top.Mail.Ru

CƏMİYYƏT

“Tikiş avadanlıqlarının operatoru. Tikişçi” peşəsi üzrə hazırlıq kursuna start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 22 saylı Ərazi məşğulluq filialı ilə Gəncə Peşə Hazırlıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən “Tikiş avadanlıqlarının operatoru. Tikişçi” peşəsi üzrə hazırlıq kursuna start verilib.

10 müdavimin cəlb olunduğu kursun müddəti 2 aydır. Dərslər lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarında təşkil olunub. “Saloğlu” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.

Peşə hazırlıq kursunu müvəffəqiyyətlə bitirən şəxslər sonda “Saloğlu” şirkəti tərəfindən işlə təmin olunacaq.

Loading...
Yazının davamı reklamdan sonra

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button