Top.Mail.Ru

CƏMİYYƏT

Dövlət Məşğulluq Agentliyi tərəfindən 74,2 min nəfər işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 11 ayında 74 203 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Özünüməşğulluq proqramının icrası işləri də davam etdirilir. Yanvar-noyabr aylarında 14 200 nəfər proqrama cəlb edilib. Onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılır.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 413 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 1410 nəfər isə peşəyönümü məsləhəti xidmətlərinə cəlb olunub.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button