Top.Mail.Ru

CƏMİYYƏT

“Azərbaycan musiqi inciləri” adlı kitab NƏŞR OLUNUB

Azərbaycan Diasporuna Dəstək Fondu növbəti layihəyə imza atıb.

Fəaliyyətinin əsas missiyası Azərbaycan diaspor təşkilatlarına dəstək vermək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq olan Fondun maliyyə dəstəyi ilə “Azərbaycan musiqi inciləri” – “Music Pearls of Azerbaijan” adlı musiqi (not) kitabı nəşr olunub.

Kitabın çap olunmasının əsas məqsədi Azərbaycan bəstəkarlarının musiqisini xaricdə tanıtmaq, onları digər ölkə ifaçılarının repertuarına daxil etmək üçün təbliğ etməkdir. Burada piano, nəfəsli alətlər və vokal ifa üçün nəzərdə tutulmuş bir sıra əsərlər yer alıb.

Loading...
Yazının davamı reklamdan sonra

Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov və Aqşın Əlizadə kimi dəyərli Azərbaycan bəstəkarlarının əsərlərini özündə cəmləşdirən bu kitabın maraqlı cəhəti hər əsərdən əvvəl müəllif və onun bəstəsi haqqında, eyni zamanda Azərbaycan musiqi mədəniyyəti və bəstəkarlıq məktəbi haqqında kiçik məlumatın verilməsidir.

Vurğulanacaq digər əsas məqam mətnlərin ingilis dilində tərtib olunmasıdır. Mətn dilinin bu qaydada seçilməsi tanıtım dairələrinin daha da geniş olmasına imkan yaratmış olacaq.

Təqdim olunan layihənin rəhbəri Türkiyədə yaşayan həmyerlimiz, musiqiçi Vüqar Qurbanov, kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsli, layihənin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur. Kitabın dizaynı Kamran Nəcəfova, əsərlərin kompyüter yığımı Yavər Nemətliyə aiddir.

“Azərbaycan musiqi inciləri” Azərbaycan Diasporuna Dəstək Fondunun vasitəçiliyi ilə dünyanın bir çox ölkələrində fəaliyyət göstərən musiqi təmayüllü təhsil müəssisələrinə və kitabxanalara hədiyyə ediləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button