Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycan Ordusunda tərbiyə işinin təşkili üzrə kurs keçirilib – FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən psixoloqların peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədris proqramında nəzərdə tutulan kurs başa çatıb.
KAİM.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Kursda əsas diqqət hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi məsələlərinə yönəldilib.
Tədbirin sonunda kursu bitirən zabitlər təbrik edilib, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

PAYLAŞ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button