Top.Mail.Ru

CƏMİYYƏT

“Dövlətimizin siyasətində müdafiə və təhlükəsizlik məsələləri xüsusi yer tutur” – Musa Qasımlı

Prezident İlham Əliyevin Hadrutda Komando Briqadası hərbi hissəsinin açılışındakı çıxışı 44 günlük müharibənin mahiyyətini, böyük əhəmiyyətini dərindən dərk və bu günlərlə müqayisə etmək baxımından faydalıdır.

Dövlət başçısı dedi:

“Mən işğal dövründə dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Ermənistan rəhbərlərinə dəfələrlə deyirdim ki, hələ gec deyil, öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar, rədd olsunlar. Ancaq əfsuslar olsun ki, onların uzun illər ərzində yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordusu isə müzəffər ordudur!”.

Loading...

Bu fikirlər qələbənin qazanılmasında millətimizin əzmini və qəti, yenilməz iradəsini, müharibənin başa çatmasına baxmayaraq, dövlətimizin siyasətində müdafiə və təhlükəsizlik məsələlərinin xüsusi yer tutduğunu göstərir. Tamamilə təbiidir, çünki milli-dövlət maraqları hər şeydən öncə gəlir.

Musa Qasımlı, millət vəkili

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button