Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycanda istehsal edilən maskalar insanları 99 faiz viruslardan qoruyur

Azərbaycanda istehsal edilən maskalar insanları 99 faiz viruslardan qoruyur.

KAİM.az xəbər verir ki, bunu Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Trend-ə açıqlamasında deyib.

S.Babayeva bildirib ki, tibbi maskanı təşkil edən əsas material medblaumdur

Loading...

“Üçqatlı maskanın ortasında yerləşən həmin qat virusların həm kənardan orqanizmə, həm də orqanizmdən ətrafa ötürülməsinin qarşısını alır. Lakin tibbi maska 4 saatdan bir dəyişdirilməlidir”, – deyə S.Babayeva bildirib.

O qeyd edib ki, maskanın virusdan qorumaması barədə deyilənlər tamamilə yanlış fikirdir:

“Bu virus gözəgörünməz bir düşməndir. İnsanlar maskanın orta qatında olan medblaumu görmürlər. Mikroskop altında bunu aydın görmək olar. Əgər insanlar görsələr ki, mikroblar necə sel kimi maskanın üst qatına gəlir, orta qat onu necə saxlayır, onlar bir də bu sualı verməzlər”, – deyə S.Babayeva qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button