Top.Mail.Ru

CƏMİYYƏT

Fermerlərin ixraca təşviqi barədə onlayn seminar keçirilib – FOTO

23 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyi və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə fermerlərin ixraca təşviqi barədə onlayn seminar keçirilib.

Maarifləndirmə xarakteri daşıyan tədbirin təşkilində əsas məqsəd fermerləri və yerli qida istehsalçılarını xarici bazarların standartları, hədəf bazarın təyin olunması, məhsulların tanıdılması üçün uyğun platformaların seçilməsi, ixrac prosesi zamanı beynəlxalq sertifikatların və digər sənədlərin hazırlanması, potensial alıcı bazasının yaradılması və yeni müştərilərin tapılması istiqamətlərində məlumatlandırmaq olub.

Seminarda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin, Aqrar Tədqiqatlar Mərkəzinin, AzExport.az saytının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Natiqlər ixrac prosesi ilə bağlı fermerləri maraqlandıran mövzular barədə çıxış ediblər, həmçinin fermerlər tərəfindən verilən sualları cavablandırıblar.

Loading...

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button