Top.Mail.Ru

CƏMİYYƏT

Həmrəylik günü münasibətilə videoçarx TƏQDİM OLUNUB

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirakı ilə 31 dekabr –
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarx hazırlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun
dəstəyi ilə ərsəyə gələn videoçarxda həmvətənlərimiz yaşadıqları ölkələrdən
Azərbaycanın Dövlət Himnini səsləndirməklə xalqımıza təbriklərini çatdırıblar,
birlik və həmrəyliklərini nümayiş etdiriblər.

Videoçarxın bədii hissəsi ABŞ-ın Nyu York şəhərində çəkilib. Dövlət Himnimizin
sözləri alt yazı ilə ingilis dilində təqdim edilib. Videoçarx “Dünyanın harasında
olursan ol, əgər azərbaycanlısansa, zaman yetişəndə hamı bir olub və bir olacaq!”
fikri ilə tamamlanıb.

Loading...

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button