Top.Mail.Ru

CƏMİYYƏT

Azad edilmiş ərazilərə səfərlər polis müşayiət ilə ediləcək

“İşğaldan azad edilmiş ərazilərə gedən müntəzəm marşrut avtobuslarında sərnişinləri polis əməkdaşları müşayiət edəcəklər. Bu, yarana biləcək hər hansı problem zamanı dərhal müdaxilə üçün önəmlidir”.

Oxu.Az xəbər verir ki, bununla bağlı işğaldan azad edilmiş ərazilərə səfərlərlə bağlı keçirilən brifinqdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov deyib.

O bildirib ki, minadan təmizlənən ərazilər və ziyarət edilməsinə icazə verilən yerlərin sxemi hazırlanıb:

Loading...
Yazının davamı reklamdan sonra

“ANAMA əməkdaşları ilə DİN əməkdaşları arasında aparılan müzakirələr zamanı bu məsələyə diqqət edilib. Səfər edən şəxslər təlimatlandırılacaq və təhlükəsiz qaydada hərəkət təmin ediləcək”, – deyə o əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button