Top.Mail.Ru

CƏMİYYƏT

Xəzər rayonunun Qala qəsəbəsində qəzalı evlərdə yaşayan sakinlərə mənzillər verildi-FOTO

Bakı şəhərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş,
şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud
şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək, yerində
yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində işlər Xəzər rayonunda da uğurla davam etdirilir.

KAİM.az redaksiyasına verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi
tapşırıqların icrası çərçivəsində Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən tikilən 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının ardınca rayonun Qala qəsəbəsindəki qəzalı vəziyyətdə olan evlərdə yaşayan sakinlər yeni mənzillərlə təmin olunmuşdur.

Xəzər rayonunun Qala qəsəbəsində yerləşən, Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, 1941-1943-cü illərdə inşa edilmiş, Qala qəsəbəsi, Dəmiryol küçəsində yerləşən 1 və 2 saylı yaşayış evləri qrunt və yağış sularının təsiri nəticəsində istismara yararsız vəziyyətə düşmüşdür.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sözügedən evlərdə yaşayan sakinlər üçün rayonun Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sol hissəsində 0.3650 ha torpaq sahəsində 1 mərtəbəli, 13 mənzildən ibarət 6 ədəd yeni yaşayış evləri inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Müasir memarlıq üslubunda inşa edilən yeni yaşayış evləri qaz, su və işıq sayğacları ilə təmin olunmuşdur. Yeni mənzillərlə təmin olunan sakinlər onlar üçün yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button