Top.Mail.Ru
CƏMİYYƏT

Qripəm yoxsa Koronavirus- Qrip və Koronavirus arasında hansı fərqlər var?

Azərbaycanda koronavirusa yoluxan və ölənlərin sayının kəskin artması əhali arasında təşvişə səbəb olur.  Yoluxmanın ,eyni zamanda qrip infeksiyasının aktiv olduğu dönəmdə qrip ya virusa yoluxduğumuzu necə müəyyən edə bilərik?

Mövzu ilə bağlı danışan Dr.Murad Ağsoy qrip və virus arasındakı fərqləri, necə aydınlaşdırmalı olduğumuzdan danışıb.

“Koronavirus Çində çoxaldığı zamandan başlayaraq xəstəliyin simptomlarını, xarakteristikasını müəyyənləşdirmək üçün analizlər aparılır. Qriplə koronavirus arasındakı fərqin əsasında yoluxma müddəti dayanır. Qrip tez müəyyən edilən xəstəlikdir. Koronavirusa yoluxma 2-14 gün arası bilinsə də qripdə bu müddət 1-4 gündür. Koronavirusun əlamətləri yavaş-yavaş özünü göstərir. Araşdırmalara əsasən koronavirus özünü qızdırma ilə, qrip isə öskürəklə bəlli edir. 50 min Koronavirus xəstəsi üzərində virusun hansı mərhələ ilə davam etdiyini təsbit etdikdə birinci sirada qızdırma olduğu aydınlaşıb. Sonra öskürək, qusma, dad və iybilmənin itməsi əlamətləri. Qripdə isə ilk ortaya çıxan əlamət öskürək, sonra qızdırma, ürəkbulanmadır”

Həkim eyni zamanda qeyd edir ki, bu fərqliliklər fərdlərə əsasən dəyişə bilir.

Bəzi virus daşıyıcılarında halsızlıq, bədən-əzələ ağrısıda ilk əlamətlərdən ola bilir. Ancaq qripdə ardıcıllıq öskürək, boğaz, baş ağrısı sonra qızdırma görülür”

Nəticə olaraq qeyd etmək olar ki, obyektiv və subyektiv göstəricilər əsasında koronavirusun ilk əlaməti hərarətdir.

Heç bir şikayətimiz olmadan bir anda hərarətimiz yüksəlirsə koronavirus olma ehtimalı yüksəkdir.

Şəbnəm Zahir
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button