Top.Mail.Ru
CƏMİYYƏT

Hikmət Hacıyev mediaya çağırış etdi

İstər Qarabağ döyüşlərində, istərsə də koronavirus cəbhəsində Azərbaycan cəmiyyətinin koronavirus haqqında məlumatlandırılmasında medianın müstəsna rolu var.

Kaim.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, koronavirus yayıldığı ilk gündən Azərbaycan mediası aktiv fəaliyyət göstərir, cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində müstəsna rol oynayır.

O qeyd edib ki, Qarabağ döyüşlərində də Azərbaycan mediası cəmiyyətin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatırılmasında xüsusi rol oynadı: “Biz media rəhbərləri ilə görüşümüzdə onlara öz təşəkkürümüzü bildirdik. Mediaya çağırışımız odur ki, bundan sonra da koronavirusla bağlı mübarizədə aktiv olsunlar”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button