Top.Mail.Ru
CƏMİYYƏT

Diaspor könüllüləri “İlin Könüllüsü” mükafatına layiq görülüb

“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu” çərçivəsində ilin ən fəal könüllülərinin adları elan olunub.

“İlin Könüllüsü” mükafatı ilə təltif olunanlar arasında Azərbaycan Diaspor Könüllüləri Rəhiməxanım Mürşüdlü və Rüxsarə Əliyeva da var. Gənc xanımlar “Müharibə dövründə Könüllülük” və “Pandemiya dövründə Könüllülük” kateqoriyaları üzrə “İlin Könüllüsü” mükafatına layiq görülüblər.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi “Azərbaycan Diaspor Könüllüləri” proqramının icrasına 2019-cu il aprelin 24-dən başlayıb. Diaspor Könüllüləri ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə Azərbaycan həqiqətlərinin beynəlxalq icitmaiyyətə çatdırılması istiqamətində davamlı və sistemli fəaliyyət göstərir, beynəlxalq aləmdə “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı kampaniya aparır.

4 günlük Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi zamanı könüllülər informasiya müharibəsində fəal iştirak edərək, ölkəmiz barədə yalan məlumatların qarşısının alınmasında xüsusi fəallıq göstəriblər.

Diaspor könüllüləri, ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə facebook və twitter´də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqlərindən istifadə etməklə, 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb.

“Karabakh İs Azerbaijan!” YouTube kanalında COVID-19 qlobal pandemiyası ilə ölkəmizdə fədakarcasına mübarizə aparan həkimlərimizə və tibb işçilərinə həsr olunmuş videoçarx yayımlanıb. Diaspor könüllüləri videoçarx vasitəsilə bu çətin günlərdə peşəkarlıq, fədakarlıq, dözümlülük, qayğı, cəsarət və səbir nümayiş etdirdiklərinə görə həkimlərimizə və tibb işçilərinə minnətdarlıqlarını ifadə ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq könüllüləri təltif olunmaları münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button