Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycan əsgərinin sədası bu dəfə Əsgərandan gəldi: – “Gəzirlər, mağazalardan alver edirlər”

“Əsgəran rayonunda azərbaycanlıların gəzməsi, hətta mağazalara girərək alış-veriş etməsinə dair çoxsaylı məlumatlar var”.

Cebhe.info xəbər verir ki, bunu “rayon administrasiyası rəhbərinin müavini” Armen Manqasaryan deyib.

O bildirib ki, artıq bu, Əsgəranda adi məsələyə çevrilib:

“Məlumatar var ki, təkcə Əsgərdanda yox, Xankəndidə də Azərbaycan əsgərləri gəzir. Bu, artıq sadə məsələ deyil. Dünən də Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan nömrə-nişanlı maşınlar Əsgərandan keçdi”.

O bildirib ki, hansısa problem baş qaldıracağı təqdirdə vətəndaşlar müraciət edə bilər: “Biz problemi sülhməramlıların vasitəsiylə həll etməyə çalışırıq”.

Xatırladaq ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı bəyanata əsasən Qarabağda hərbi əməliyyatlar dayandırılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button