CƏMİYYƏT
Ordudan kənarlaşdırılan Milli Qəhrəman açıqlama verdi

“Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam.”
Bu sözləri Milli Qəhrəman, general Rövşən Əkbərov Gününsəsi.info-ya açıqlamasında deyib.
O, ordudan uzaqlaşdırıldığını bu sözlərlə təsdiqləyib.
Qeyd edək ki, Prezidentin ötən gün imzaladığı sərəncamlarla təltif olunan hərbi qulluqçuların arasında Rövşən Əkbərovun olmaması diqqət çəkmişdi.