Top.Mail.Ru
CƏMİYYƏT

DİN əhaliyə mühüm çağırış etdi

Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

DİN-dən KAİM.az-a verilən məlumata görə dekabrın 9-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar.

Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl
etməyə çağırırıq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button