Top.Mail.Ru

CƏMİYYƏT

Flora Kərimovanın Afət Fərmanqızı barədə şikayəti icraata götürülüb

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

KAİM.az-ın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçının vəkili Xavər İsmayılova şikayət dəlillərini məhkəmənin diqqətinə çatdırıb.

Flora Kərimova müdafiəçisinin çıxışını müdafiə edərək qarşı tərəfdən təhqir və böhranlara məruz qaldığını deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Afət Fərmanqızı isə səhhəti ilə bağlı müalicədə olduğu üçün məhkəmədə iştirak etməyib.

Xalq artisti Afət Fərmanqızının barəsində dediklərini şəxsiyyətinə hörmətsizlik hesab etdiyini bildirərək şikayətinin icraata qəbul olunmasını xahiş edib.

Afət Fərmanqızının vəkili isə xüsusi ittihamçının dediklərini inkar edib. O, təhqir hesab olunan ifadələrdə Flora Kərimovanın adının keçmədiyini diqqətə çatdırıb.

Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülüb.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxu
Close
Back to top button