Top.Mail.Ru

CƏMİYYƏT

Daha 300-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik təsərrüfat yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində də müvafiq dəstəklə təminatı işləri davam edir.

Nazirlikdən  verilən xəbərə görə, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramı çərçivəsində bu ilin əvvəlindən daha 300-ə yaxın şəhid ailəsi və qaziyə mal və materiallar formasında aktivlər təqdim edilib.

Verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button