Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycanda yeni qadağa qüvvəyə MİNİR – Qanun layihəsində YENİLİK

Qida Təhlükəsizliyi haqqında qanun layihəsində bəzi yeniliklər ediləcək.

KAİM.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov Xəzər TV-yə bu barədə bildirib.

Aparat rəhbəri deyib ki, yeniliklərdə nəzərdə tutulan əsas məqamlardan biri qida məhsullarının zənginləşdirilməsidir. Burada çörək və su kimi zəruri tələbat malları xüsusi diqqətdə saxlanacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Yeni qaydalarla bəzi qidaların müxtəlif xəstəliklərə qarşı müalicə məqsədilə satışının da qarşısı alınacaq. Yəni C, D və digər belə vitaminlər apteklərdə dərman vasitəsi kimi satılmayacaq. Yeniliklərə həmçinin istehlakçıların hüquqlarının qorunması məsələləri ilə bağlı əlavələr də daxil ediləcək.

Elxan Mikayılov istehlakçılara qida alarkən diqqətli olmağı, şübhəli məqamla qarşılaşdıqda müvafiq sənədlər tələb etməyi, rastlaşdıqları çatışmazlıqlar barədə Agentliyin 1003 çağrı mərkəzinə zəng etmələrini tövsiyə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button