Top.Mail.Ru
CƏMİYYƏT

Sinəsini əsgərinə sipər edən şəhid leytenant Rauf Qurbanov-Video

Azərbaycan İkinci Qarabağ müharibəsində 2783 şəhid verdi. Artıq 2783 rəqəmi Azərbaycan xalqı üçün sıradan bir statistika deyil. Müqəddəs, simvolik rəqəmdir. 2783 qəhrəmanımız əzəli torpağımız Qarabağın işğalına son qoyaraq öz dastanların yaratdılar.

Bu qəhrəmanlardandan biri də şəhid leytenant Rauf Qurbanovdur.

Qurbanov Rauf Vahid oğlu 1995-cil ilə Şərur rayonu Ələkli kəndində doğulub. Xidmət dövründə Avropa ölkələrdə, Türkiyədə təlim kursları keçib. Təlimlər yüksək nailiyyətlə bitirən Rauf Qurbanov rus və ingilis dillərini sərbəst bilirdi. Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə birbaşa iştirak etmişdir. Şəhərin Qacar Qorqan, Yuxarı Seyidəhmədli kəndlərinin azad olunmasında böyük şücaət göstərib. Əsgərinə atılan güllənin qarşısına keçərək yaralanıb.

Leytenant Rauf Qurbaov Füzuli şəhəri işğaldan azad edildikdən bir gün sonra 18 oktyabrda qəhrəmancasına şəhid olur.

Şəhidimizin qardaşı deyir ki, Rauf hər zaman torpaqlarımızın azadlığını düşünürdü, hərbiyə böyük marağı vardı- “ Mənimlə sonuncu dəfə oktyabrın 5-i danışıb. Füzuli döyüşlərində xüsusi şücaət göstərərək 500 nəfərlik erməni postuna daxil olaraq 118 erməni öldürüb. Rauf yeni ailə qurmuşdu. Həmişə deyirdi ki, işğal olunmuş torpaqlarımız hardadırsa mən də orda olacam. Hətta yaralı olsa da xəbərsiz xəstəxandan çıxıb, döyüşə bölgəsinə getmişdi, biz bunu sonradan bildik”

Şəbnəm Zahir
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button