Top.Mail.Ru
CƏMİYYƏT

Abdullah Öcalanın posterini körpüyə asan şəxslər belə yaxalandı – ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİ

Türkiyənin Adana şəhərində körpüyə PKK terror təşkilatı lideri Abdullah Öcalanın posterini asan iki şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Bu barədə Adana valisi Yavuz Səlim Köşger məsələ ilə bağlı açıqlama verib.

Saytların yığılması Saytların yığılması

“Ölkəmizin birlik və bərabərliyini pozmağı hədəfləyən heç kimi bağışlamayacağıq”,-deyə Yavuz Səlim Köşger bildirib.

Qeyd edək ki, Adananın Seyhan rayonunda iki nəfər körpünün üzərinə PKK terror təşkilatı lideri Abdullah Öcalanın posterini asaraq bu anları sosial şəbəkədə paylaşmışdı. Görüntülərdən sonra hərəkətə keçən polis qrupları şübhəlilərin müəyyən edilərək tutulması üçün işlərə başlayıb.

Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən təşkil edilən əməliyyatda 2 nəfər qeyd olunan ünvanlarda saxlanılaraq nəzarətə alınıb.Musavat.com

Teröristbaşı Abdullah Öcalan'ın posterini köprüye asan kişiler yakalandı

Bənzər yazılar