Antiterror əməliyyatı şər yuvası darmadağın edilənə qədər DAVAM EDƏCƏK
Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tez-tez atəşkəsi pozması Azərbaycan Ordusunun səbr kasasını doldurdu. Üstəlik bir neçə istiqamətdə erməni yaraqlılarının basdırdıqları minaların Azərbaycanın mülkü əhalisinə ziyan vurması erməni hərbi birləşmələrinə qarşı sərt addımlar atmağın vaxtının çatdığına işarə idi.
Atəşkəs bir neçə istiqamətdən pozulub. Nəticədə Azərbaycanın iki hərbi qulluqçusu yaralanıb. Daha əvvəl isə Ermənistan silahlıları Xocavənd rayonu istiqamətində kəşfiyyat diversiya qruplarını göndəriblər. Həmin qrupların bir neçə istiqamətdə əraziyə basdırdıqları minaların partlaması nəticəsində həm mülkü vətəndaşlar, həm də polis əməkdaşları həyatını itiriblər.
Bütün bu fəaliyyətlər Ermənistanın birgə bəyanatın şərtlərini pozaraq Azərbaycan ərazilərinə qarşı iddialardan əl çəkmədiyini və erməni silahlılarını, texnikalarını Azərbaycan ərazilərindən çıxarmaq niyyətində olmadıqlarını, əksinə onlardan istifadə etməklə Azərbaycan ordusunun şəxsi heyətinin və ərazidə bərpa-quruculuq işləri ilə məşğul olan mülkü vətəndaşların sağlamlığına ciddi təhlükələr yaratmaqda davam edirlər. Azərbaycan Ordusu əsgərimizin, polis əməkdaşlarımızın və mülkü vətəndaşların qisasını yerdə qoymayacaq.
Düşmən layiq olduğu şəkildə cəzalanacaq. Antiterror əməliyyatı şər yuvası darmadağın edilənə qədər, bütün terrorçular ərazimizdən təmizlənənə qədər davam edəcək”.
Vəli Həsənov,
KONKRET.az