Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycan bayrağı və yüksək nümayəndə heyəti Kipr Türk Dövlətində – FOTO

Azərbaycan və Türkiyə deputatlarından ibarət nümayəndə heyəti hazırda Şimali Kipr Türk Respublikasında (KKTC) səfərdədir.

KAİM.AZ xəbər verir ki, onlar KKTC-nin Prezidenti Ersin Tatarla görüşüblər.

Saytların yığılması Saytların yığılması

CİPR.jpeg (328 KB)

Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Cavanşir Feyziyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov daxildir.

Türkiyə nümayəndə heyətinin tərkibinə isə Türkiyə-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Orxan Ərdəm, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım daxildir.

Qeyd edək ki, nümayəndə heyətlərinin Şimali Kipr Türk Respublikasına səfəri dünəndən başlayıb. Səfər mayın 16-da başa çatacaq.

Musavat.com

Bənzər yazılar