Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycanda bu şəxslər məsuliyyətə cəlb ediləcək

Azyaşlıların son zamanlar restoranlarda, şadlıq saraylarında işlədilməsi halları mütəmadi olaraq müşahidə olunur.

Uşaqların əməyindən istifadə ilə bağlı qanunvericilikdə nələr nəzərdə tutulub?

Saytların yığılması Saytların yığılması

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək işəgötürənin borcudur:
Ətraflı

“Həmin maddədə qeyd olunur ki, işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir”.

Vəkil bildirib ki, artıq bu hallara görə səlahiyyətli orqanlar hərəkətə keçməlidir.

Bənzər yazılar