Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycanda bu universitet artıq DİPLOM VERMƏYƏCƏK!

“Naxçıvan” Universiteti təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Ümumiyyətlə, bir universitetin MMC kimi fəaliyyəti düzgündürmü? Belə olan halda universitet necə idarə olunur? MMC kimi fəaliyyət göstərən ali təhsil müəssisəsinə Elm və Təhsil Nazirliyi müdaxilə edə bilər?

Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev Referans.az-a açıqlamasında danışıb.

“Məhdud Məsuliyyətli Cəmiyyətlərin məqsədləri iqtisadi fəaliyyətlə məşğul olub, pul qazanmaqdır. Bir universitetin məqsədi isə heç vaxt bu olmamalıdır. Universitet elmi araşdırma və ali təhsillə məşğul olur. Universitetlər adətən gəlir əldə etmir, onlar adətən datasiyalar hesabına öz fəaliyyətlərini davam etdirirlər. Ola bilər ki, iqtisadiyyatlarının bir hissəsini yığdıqları təhsil haqqından alsınlar. Amma belə bir misallar yoxdur ki, tələbədən alınan təhsil haqqları ilə müəllimlərin maaşını ödəsin, iqtisadiyyatla məşğul olsun və s. Ali təhsil müəssisələri əsasən hər hansısa fonddan və yaxud birbaşa dövlətdən datasiya alırlar. Buna görə də universitetin MMC kimi formalaşması qətiyyən yolverilməzdir”.

Hüquqşünas bildirib ki, universitetlər, əsasən, özəl və ya dövlət universitetləri olmaqla iki yerə ayrılır. Dövlət universitetləri publik-hüquqi şəxs kimi formalaşdırılmalıdır.

“Azərbaycanda bəzi universitetlər publik-hüquqi şəxs kimi formalaşır. Lakin bu bütün universitetlərdə olmalıdır. Dünya praktikasında da bu belədir. Məqsəd universitetin təsərrüfat hesablı olmasıdırsa, o, publik-hüquqi şəxs edilməlidir. Məhdud Məsuliyyətli Cəmiyyət heç vaxt ali təhsil diplomu verə bilməz. Belə müəssisələr ancaq kurs sertifikatı verə bilərlər, lakin bakalavr diplomunun verilməsi mümkün deyil”.

Bənzər yazılar