Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycanda məktəblər, universitetlər və kurslar bağlanır? – AÇIQLAMA

“Qızılca virusuna yoluxan bir şagird gələcəkdə digərlərini də yoluxduracaq. Nəticədə sinifdəki bütün uşaqlar yoluxacaqlar”. 

Bu sözləri “Cebhe.info”-ya açıqlama verən məşhur pediatr Aytən İsmayılzadə deyib. O vurğulayıb ki, qızılca yayılan siniflər distant təhsilə keçməlidir:

Saytların yığılması Saytların yığılması

“Ümumiyyətlə, uşaqların çoxu peyvənd olunmayıb. Bu səbəbdən də məktəblər yoluxma olan sinifləri bir-bir distant təhsilə keçirməlidir. Yəni məktəblər tamamilə bağlanmaya bilər. Fikrimcə, məktəblərdə nə qədər şagirdin peyvəndli olduğuna dair soğru da aparılmalıdır. Əgər peyvənd olunmayan uşaqların sayı çox olarsa, orada yoluxma sayı yüksək olacaq. Bizi bu virusdan qoruyan əsas amil məhz peyvənddir. Bölgələr üzrə də nə qədər uşağın peyvəndli və peyvəndsiz olduğu araşdırılmalıdır.

Əgər 90 faizin üzərində peyvəndləmə prosesi həyata keçirilsə, heç bir qorxu olmayacaq. Amma biz bu gün ölüm hallarını görürük. Deməli, qorxu var və peyvəndsiz uşaqlar çoxdur. Ona görə də virus yayılan siniflərdə tədris distant formaya keçilməlidir. Hətta bir neçə sinifdə qızılcaya yoluxma halı qeydə alınıbsa, məktəb tamamilə bağlanmalıdır”. 

Həkimin sözlərinə görə, ümumtəhsil müəssisələrində distand təhsilə keçməyə ehtiyac yoxdur:

“Yəqin ki, bütün ölkə üzrə distant təhsilə keçid olmayacaq. Çünki bəzi bölgələrdə hələ bu xəstəlik yayılmayıb. Ancaq bununla bağlı lokal xarakterli qərarlar verilə bilər. Yaxşı olar ki, valideynlər övladlarını kurslara və bağçalara göndərməsinlər. Bəzi uşaqların immunitet çox zəifdir. Mən özüm də onların bağçaya, məktəbə və ya kursa getməyini məsləhət görmürəm.

Çünki məktəb özü hər hansısa tədbir görmürsə, uşaqları peyvənd olunmağı tövsiyə etməlidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) evlərdə və ya müəssisələrində peyvəndlənmə aparılmasına icazə vermir. Lakin uşaqların elə məktəbdə peyvənd olunması daha yaxşı olardı”. 

Pediatr onu da bildirib ki, universitetlərdə vəziyyət bir qədər fərqlənir:

“Nəzərə almaq lazımdır ki, uşaq və böyük kollektivi bir deyil. Yəni böyüklər uşaqlar qədər çox yaxın olmurlar. Həmçinin, universitet otaqlarında məktəblərdəki qədər çox adam və sıxlıq olmur. Amma yenə də kontaktda olurlar. Hətta universitetlərdə də tələbələrin nə qədərinin peyvəndli olması ilə bağlı sorğu aparıla bilər. Amma universitetlərin bağlanmasının doğru olmayacağını düşünürəm”. 

Bənzər yazılar